Accessibility links

Araz Aslanlı: Suriya beynəlxalq münasibətləri ən çox gərginləşdirən böhrandır [Video-Müsahibə]


Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı Amerikanın Səsinə müsahibəsində Suriya böhranı, regionda son durum, Suriyaya hərbi zərbələrlə bağlı Amerika ilə Rusiya, Türkiyə ilə İran, Avropa Birliyi dövlətləri arasında fikir ayrılığı, kimyəvi silahın Əsəd rejimindən sonrakı riskləri, ölkə daxilindəki siyasi-hərbi böhranın yaradacağı daha geniş problemlərdən danışıb.

Ekspert Azərbaycanın Suriya ilə bağlı mövqeyini dəstəkləyir.

“Azərbaycanın kimyəvi silahdan istifadənin qadağan olunması ilə bağlı BMT qətnaməsini dəstəkləməsi doğru addımdır. Siyasi bəyanatlarında isə ölkə daha ehtiyatlı olmalıdır. Azərbaycanın bəynaratında Rusiya, İran, Avropa Birliyi, Ərəb Dövlətləri Liqası və Amerikanın mövqeyi nəzərə alınmalıdır”.

Onun fikrincə, Suriya böhranı İraqdan sonra dünyada ən böyük böhrandır.

“İraqdan fərqli olaraq burada kimyəvi silahdan, yəni kütləvi qırğın silahlarından da istifadə edilib”.

Ekspert bildirib ki, Suriya ətrafında Amerika, Avropa Birliyi, Türkiyə və ərəb dövlətləri bir tərəf, Rusiya, İran və Suriyan isə digər tərəf olmaqla münasibətlər sistemi ciddi gərginləşib.

“Əvvəllər problemlərinin həllinə çalışan dövlətlər Suriya ətrafında münasasibətlərinə yenidən baxmalı olublar. Buna Türkiyə İran münaqsibətləri, Türkiyə Rusiya münasibətlərini misal çəkmək olar. Suriya son dövrlərdə beynəlxalq münasibətləri ən çox gərginləşdirən hadisədir ”.

Aslanlı hesab edir ki, Əsəd rejimindən sonrakı dövr daha problemli olacaq.

“Demokratiya təcrübəsinə malik olmayan, müxtəlif dini, milli-etnik qruplar, siyasi yönümlü dəstələr arasında münaqişə uzun illər davam edəcək. Hətta elə qruplar var ki, dinin eyni məzhəbinə qulluq edir, amma ayrı-ayrı komandanlığa tabedir. Əsəd rejimindən sonra kütləvi qırğın silahlarının taleyi də sual doğurur”, o qeyd edib.

Ekspert biuldirib ki, Suriya keçmiş Sovet rejiminin Yaxın Şərqəd son qalası idi.

“Bu qala artıq dağılır”.
XS
SM
MD
LG