Accessibility links

İyulun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə Suriyada hökumət qoşunlarına qarşı döyüş əməliyyatlarında iştirakda ittiham olunan bir qrup şəxs barəsində hökm oxunub.

Məhkəmə Sənan Baxışov, Ruslan Cəfərov, Əhməd Həsənov, Maarif Mərdanovu 15 il, Eldost Quliyev və Məmmədşah Məmmədəliyevi 14 il müddətinə azadlıqdan məhrum edib.

Onlar qanunsuz silah saxlamaqda, xaricdə qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə, terrorizmdə təqsirli biliniblər.

İstintaqın məlumatına görə, onlar “Ən-Nüsrə” qruplaşmasının tərkibində döyüşüblər.

Proses zamanı təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər.

XS
SM
MD
LG