Accessibility links

Suriyada döyüşənlərə hökm çıxarılıb


Bakı Ağır Cinayətlər Məhkəməsi Suriyada döyüşlərdə iştirak etmiş 9 Azərbaycan vətəndaşından ibarət qrup barəsində hökm çıxarıb. Onlar arasında ata-oğul Vüqar və Elvin Dursunəliyevlər də var.

yerli medianın məlumatına görə, Vüqar Dursunəliyev 15 il, oğlu Elvin isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Malik Musayev və Azər Qəmbərov 13 il 4 ay, qalan şəxslər isə 14 il azadlıqdan məhrumetmə cəzası alıb.

Bütün bu şəxslər Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qanunsuz silahlı birləşmələrdə iştirak etmək, silah və döyüş sursatları saxlamaq ittihamı ilə həbs ediliblər.

Müxtəlif dövrlərdə hüquq-mühafizə orqanları onlarla ölkə vətəndaşını Əfqanıstan, Pakistan, Suriya və İraqda döyüş əməliyyatlarında iştiraka görə həbs edib.

Bu, əsasən islamçıların tərəfində döyüşən şəxslərdir. Qeyri-rəsmi məlumatlara görə, hazırda yüzlərlə Azərbaycan vətəndaşı bu ölkələrdə döyüşür.

XS
SM
MD
LG