Accessibility links

Suriyada 2 azərbaycanlının öldürüldüyü bildirilir


Azad Suriya Ordusunun döyüşçüləri

Azad Suriya Ordusunun döyüşçüləri

İndiyədək bu ölkədə yüzdən çox azərbaycanlı öldürülüb

Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

APA agentliyi Suriyada döyüşənlərin saytlarında yaydığı məlumatlara istinadən bildirir ki, öldürülən döyüşçülər “İraq Şam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan “Səlahəddin” və “Ləzgi Həmzə” ləqəbli Azərbaycan vətəndaşlarıdır.

“Səlahəddin” ləqəbli azərbaycanlının əsl adının Mahmud, özünün isə Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.

Mücahidlər hər iki şəxsin fotosunu da sosial şəbəkələrdə paylaşıblar. Onların bir müddət əvvəl öldürüldüyü bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Bundan bir neçə gün əvvəl isə Suriyada bir gündə 12 azərbaycanlı döyüşçünün öldürüldüyü barədə məlumat yayılıb.
XS
SM
MD
LG