Accessibility links

Suriyaya keçmək istəyən 4 Azərbaycan vətəndaşı saxlanıb


Türkiyə Suriya sərhədi

Türkiyə Suriya sərhədi

Azərbaycandan və Şərqi Türküstandan olan 22 nəfər qeyri-qanuni yolla Türkiyənin Kilist vilayətinin Aşağı Bəylərbəyi kəndi istiqamətindən Suriyaya keçmək istəyərkən saxlanıb. Bu barədə Türkiyənin “Haberçiniz” saytı məlumat yayıb.

Vilayət Jandarma Komandanlığının məlumatına görə 5-ci Zirehli Ərazi Komandanlığına tabe olan Dağ Piyada Dairə Polis komandanlığının əməkdaşları tərəfindən qanunsuz yollarla Suriyaya keçmək istəyərkən sərhəddə saxlanan 22 nəfərdən 4-ü Azərbaycan, 18-i Şərqi Türküsatn əsillidir.

Şübhəli şəxs qismində saxlanan 22 nəfərin hamısı ölkədən çıxarılmaq üçün Vilayət Təhlükəsizlik Xidmətinin Əcnəbilər şöbəsinə təhvil verilib.

XS
SM
MD
LG