Accessibility links

Suriyada hərbi qüvvələrin hücumları davam edir


Suriyada hərbi qüvvələrin hücumları davam edir
Suriyada hərbi qüvvələrin hücumları davam edir

İnsan haqları qrupları deyir ki, Suriya qüvvələri Homs şəhərində hücumlarını davam etdirir. Gecə yarısı atəş səsləri eşidilib və qoşunlar yaşayış massivlərində evbəev reydlər keçirib.

Tanklar Homs küçələrində keşik çəkir. Təhlükəsizlik qüvvələri dünən bir yeniyetmə də daxil olmaqla, 14 nəfərin həlak olduğunu bildirib.

Əsgərlər liman şəhəri olan Baniasda 200-dən çox insanı nəzarət altına alıblar. Bəzi cənub şəhərlərində də qoşunların nəzarəti ilə sakitlik hökm sürür. Baniasda 10 yaşlı uşaqın da daxil olduğu həbslər liman şəhərində 6 nəfərin qoşunlar tərəfindən öldürülməsindən bir gün sonraya təsadüf edir. Şahidlərin sözlərinə görə, 50 min əhalisi olan şəhərdə hökumət əleyhinə nümayişləri yatırmaq üçün 25 tank keşik çəkir.

XS
SM
MD
LG