Accessibility links

Suriyada fövqəladə vəziyyət ləğv edilə bilər

  • Amerikanın səsi

Suriyada fövqəladə vəziyyət ləğv edilə bilər

Suriyada fövqəladə vəziyyət ləğv edilə bilər

Suriya prezidenti Bəşar Əl-Əsəd 50 illik fövqəladə vəziyyətin ləğvinin araşdırılması məqsədi ilə komitə təsis edib. Dövlətin nəzarəti altında olan xəbər agentliyinin bildirdiyinə görə, hüquq ekspertlərindən təşkil edilən komitə anti-terrorizm qanunu hazırlamalı və aprel ayının 25-dək araşdırmaları başa çatdırmalıdır. Bəşar Əl-Əsəd bundan əlavə mülki əhali və ordunun verdiyi tələfatın araşdırılması üçün ədliyyə komitəsinin yaradılmasına göstəriş verib. Prezidentin qərarı qəzəbli nümayişçilərin tələblərinin qarşılanması mahiyyəti daşıyır. Bəşar Əl-Əsəd dünənki çıxışı zamanı fövqəladə vəziyyətin ləğvinə işarə etmişdi.O, bir həftədən artıq davam edən aksiyaların arxasında xaricilər və sosial medianın durduğunu demişdi. Human Rights Watch-un təxminlərinə görə, hökumət əleyhinə nümayişlər zamanı 61 adam həlak olub.

XS
SM
MD
LG