Accessibility links

"Suriyada 15 yaşından yuxarı bütün kişilər həbs edilir"


"Suriyada 15 yaşından yuxarı bütün kişilər həbs edilir"

Suriya dövlət xəbər agentliyi bildirir ki, təhlükəsizlik qüvvələri 500-ə yaxın insanı nəzarət altına alıb və 10 nəfər isə öldürülüb. Dəra şəhərində şahidlər deyir ki, zirehli maşınlarla müşayiət olunan qoşunlar prezident Bəşar Əl-Əssədə qarşı nümayişçiləri dağıtmaq üçün küçələrdə hərəkət ediblər.

Dəra sakinləri deyir ki, Suriya təhlükəsizlik qüvvələri 15 yaşından yuxarı bütün kişiləri həbs edib. Onların sözlərinə görə, qoşunlar 6 həftədir iğtişaşların baş qaldırdığı şəhərdə sistematik olaraq məhəllələrdə nəzarəti ələ alırlar. Nüfuzlu vəkillər və fəalların Dərada hədəf alındığı bildirilir.

Şahidlər yeni hüquq-mühafizə qüvvələrinin bazar günü Dəra şəhərinə daxil olduğunu bildirir.

XS
SM
MD
LG