Accessibility links

Suriyada 18 adam öldürülüb


Suriya fəallarının bildirdiyinə görə, bu gün ölkə boyu yol verilən zorakılıqlar nəticəsində 18 adam öldürülüb. Suriyanın İnsan Hüquqları Müşahidəsi qrupu Amerikanın səsinə bildirib ki, böyük itki Homs vilayətində qeydə alınıb. Həmin bölgədə döyüşlər nəticəsində 12 adam həlak olub. Dəraa və Hələbdə iki əsgər və mülki vətəndaşların öldürüldüyü bildilir.

Qusayr şəhərində yerli şuranın binası yandırılıb.

Dünən döyüşlər zamanı 96 adam həlak olmuşdu.

İsrailin baş nazir müavini Şaul Mofaz Suriya hökumətini xalqının soyqırımında günahlandıraraq, xaricdən hərbi müdaxiləyə çağırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, Suriya xalqı razılığını versə, Moskva Əsədin hakimiyyətdən getməsini dəstəkləyə bilər.

XS
SM
MD
LG