Accessibility links

Suriyada atəşkəs bu gündən etibarən qüvvəyə minib. Atəşkəsə ümumilikdə riayət edilsə də, bəzi zorakılıqlar qeydə alınıb.

Türkiyə ilə sərhəd Lakatia vilayətində hökumət qüvvələri ilə rəqib döyüşçülər arasında qarşıdurma olub.

Atəşkəs Rusiya və ABŞ-ın vasitəçiliyi ilə əldə edilib.

Razılıqda koalisya qüvvələrinin İŞİD və digər torrorçuların mövqelərini hədəf almaması nəzərdə tutulmur.

Amerika beynəlxalq tərəfdaşları ilə zorakılıq təbliğ edən və insanları radikalizmə çağıran İslam Dövlətinin idelogiyasının etibardan salınması uğrunda mübarizəsini davam etdirir

ABŞ prezident həftəlik müraciətində İslam Dövlətinin Suriyada ələ keçirdiyi ərazilərin kiçildiyini bildirib. Barak Obama deyib ki, yaraqlıların sayı getdikcə azalmaqdadır və terror qrupu sıralarına leni döyüşçülər cəlb etmək imkanından məhrumdur.

ABŞ dövlət başçısı onu da əlavə edib ki, Amerika beynəlxalq tərəfdaşları ilə zorakılıq təbliğ edən və insanları radikalizmə çağıran İslam Dövlətinin idelogiyasının etibardan salınması uğrunda mübarizəsini davam etdirir.

Cümə günü Türkiyənin İncirlik hava bazasına Suriyada İŞİD-ə qarşı koalisiyaya qoşulmaq üçün Səudiyyə Ərəbistanının 4 təyyarəsi enib.

Həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Suriyaya quru qüvvələr göndərilməsini nəzərdən keçirdiklərini bildirib.

Təhlilçilər təyyarələrin Türkiyədə yerləşdirilməsinin ABŞ üçün çətinlik yaradacağını deyir. Ankara Türkiyəyə hədə olan kürd yaraqlılarına Amerikanın dəstəyini dayandırmasını istəyir.

XS
SM
MD
LG