Accessibility links

Suriyada atəşkəs qüvvəyə minib


Suriyada ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılığı bazar ertəsi qüvvəyə minib. Bu, hökümətə aid hərbi təyyarələrin Hələb və digər Suriya əyalətləri yaxınlığında hava hücumları həyata keçirməsindən bir neçə saat sonra baş verib. Hava hücumları onsuz da razılığa şübhəli yanaşan üsyançı liderlər arasında şübhə və qəzəb hisslərinin artmasına səbəb olub. Onlar iddia edir ki, atəşkəs prezident Bəşər Əl-Əsəd rejiminin daha da güclənməsi ilə nəticələnəcək.

Suriya silahlı qüvvələri Birləşmiş Ştatlara bazar ertəsi hərbi əməliyyatların dayandırılması ilə bağlı bir sıra tələblər və müraciətlər irəli sürüb.

Prezident Əsəd üsyançıların atəşkəsə riayət etməsi səylərinə yardım etməyib və bazar ertəsi Suriyanın bütün ərazilərinin nəzarətinin geri alınacağını vəd edib. O, “tərəddüdsüz, hər hansı daxili və ya xarici vəziyyətdən asılı olmayaraq” ordunun əməliyyatlarını davam etdirəcəyini bildirib.”

Bazar günü bir sıra üsyançı lider atəşkəsi tənqid etsə də, razılığın qəbul edilməyəcəyini də deməyib. Ultra-mühafizəkar Əhrar Əl-Şam qrupu isə bazar günü atəşkəsə riayət etməyəcəyini elan edib. Daha öncə qrup razılığı pisləsə də, tamamilə rədd etməmişdi.

Nikbinlik yoxdur

Digər üsyançı liderlərin mövqələri sərtləşir. Onlar atəşkəsin davam edəcəyi və ya Əsəd rejiminin atəşkəsə riayət edəcəyi ilə bağlı ümidlərin az olduğunu bildirir.

Narahatlıqlarını ifadə edən Suriyanın müxalif Ali Danışıqlar Komitəsi atəşkəsin qəbul edilməsindən öncə bəzi “təminatların” verilməsinə çağırıb. Komitənin sözçüsü Salem Əl-Müslət Rusiya və ABŞ-ın onları terrorçu kimi qəbul etməsinə görə atəşkəs razılığından xaricdə qalan silahlı yarı-hərbi qüvvələrlə bağlı narahatlığını ifadə edib.

Komitə lideri atəşkəsin necə tətbiq ediləcəyi və ya hansı əraziləri əhatə edəcəyi ilə bağlı detallı məlumat əldə etmədiklərini bildirib. Üsyançılar arasında belə bir qorxu var ki, Əsəd rejimi atəkəsdən istifadə edərək, paytaxt Dəməşq ətrafında üsançı hərəkatın ocaqlarını təmizləyəcək. Üsyançılar həmçinin məhbusların azad edilməsini tələb edir və deyirlər ki, siyasi keçid planı razılaşdırılmadan atəşkəs Əsədə hərbi mövqeyini gücləndirmək imkanı verəcək.

Bu il artıq ikinci dəfədir ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə olunan sülh razılığı “müxalifətin mövcud olduğu hər yerdə” ilk öncə 48 saatlıq, daha sonra isə yenilənə bilən atəşkəsin icrasına çağırır. Razılığın bir şərti də odur ki, yardım agentliklərinin mühasirə olunmuş şəhər və ərazilərə çıxışınaın qarşısı alınmamalıdır.

Yeni şərtlər

Bəzi üsyançı franksiyalar, ən əsası isə Əsəd rejimi ən son atəşkəs razılığı zamanı yardıma çıxışın qarşısını almaqda günahlandırılmışdı. Yeni atəşkəsin şərtlərinə əsasən bir həftə sonra Vaşinqton və Moskva birgə Fatih Əl-Şam daxil olmaqla bütün cihadçıları hədəf almağa başlayacaq.

Bir çox üsyançı qrup üçün Cəbhət Əl-Şamın hədəf alınması əsas narahatlıq mənbəyi olaraq qalır. Onlar üçün bu cihadçı yarı-hərbi qüvvə üsyançıların aylardır Hələbin şərqində nəzarət etdiyi rayonları Əsəd rejiminin hücumundan qorumaq səylərində əsas müttəfiq olub.

Adi Suriya vətəndaşları üçün isə həftə sonu davam edən hava hücumları atəşkəslə bağlı ümidlərin sönməsinə səbəb olub. Suriyanın şimal-qərbində həyata keçirilən hava hücümları nəticəsində azı 90 nəfər həlak olub. Suriya İnsan Hüquqlarını Mühaşidə Qrupunun bildirdiyinə görə, hava hücumları üsyançıların nəzarət etdiyi İdlib və Hələbi hədəf alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG