Accessibility links

Beynəlxalq ictimaiyyətin şübhələrinə baxmayaraq, Suriyada bu gün də ara-sıra zorakılıqların baş verməsi haqda məlumatlar verilsə də, BMT-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə əməl edilir.

Suriya mediasının bildirdiyinə görə, bu gün Hələb şəhərində yolkənarı bombanın partlaması nəticəsində bir əsgər ölmüş, kursant və əsgər olmaqla 24 nəfər yaralanmışdır.

İnsan haqları fəalları isə Həma vilayətində hökumət qüvvələri tərəfindən bir mülki vətəndaşın öldürüldüyünü bildirib.

Bu arada, Suriyanın bəzi müxalifət liderləri hökumətin BMT-nin atəşkəs barədə qərarına necə riayət edildiyini yoxlamaq üçün nümayişlər keçirilməsinə çağırır.

Müxalif Suriya Milli Şurası belə bir qərara bu gün, ölkə boyu sakitliyin bərqərar olmasından sonra gəlib. Şuranın sözçüsü Favaz Zəkri aylarla davam edən zorakılıqlara son qoyulacağına və bundan sonra etirazçıların səslərinin eşidiləcəyinə ümid etdiyini bildirib. O deyib ki, Suriya hökuməti atəkəsə riayət edib qətlləri dayandırsa, yaxın zamanda ölkə boyu daha geniş miqyaslı nümayişlər keçiriləcək.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri təşkilatının Amerikanın Səsinə bildridiyinə görə, bu gün yerli vaxtla səhər saat 6 radələrindən başlayaraq zorakılılar barədə məlumat alınmayıb.

Lakin nisbi sakitliyə baxmayaraq, Suriya qaçqınları məsələyə şübhə ilə yanaşır.





XS
SM
MD
LG