Accessibility links

Suriyada azı 31 adam öldürülüb


Azad Suriya Ordusunun döyüşçüləri
Azad Suriya Ordusunun döyüşçüləri

Müxalifətin yeni konstitutsiya üzərində keçirilən referendumu baykot etdiyi gündə Suriyada azı 31 mülki vətəndaş və əsgər həlak olub. Bu günkü səsvermə Bəəs Partiyasının onillərlə sürən hakimiyyətini çoxpartiyalı sistemlə əvəzləməyi nəzərdə tutur.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri Qrupu Homsdakı məhəllələrin bombardman edilməsi nəcitəsində azı doqquz vətəndaşın həlak olduğunu xəbər verir. Üsyançılar şəhərdə dörd əsgəri öldürüblər.

Qrupun dediyinə görə Suriyanın başqa yerlərində baş verən zorakılıqlarda səkkiz vətəndaş və 10 əsgər öldürülüb.

Üsyanın qaynar nöqtələri sayılan Homs, İdlib və Dəərada səsvermədə minimal sayda adamların iştirak etdiyi müşahidə olunur. Homsda ümumiyyətlə səsvermə keçirilmir.

Suriyanın daha sakit bölgələrində isə referendum keçirlib. Bu məntəqələrdən başlıcası Bəşar əl-Əsədin etnik azlıqların dəstəyinə malik olduğu Dəməşq şəhəridir.

XS
SM
MD
LG