Accessibility links

Suriyada Azərbaycan vətəndaşları xəsarət almayıb


Syrians anti and pro-Assad protesters clash after Friday prayers in Damascus, March 25, 2011

Syrians anti and pro-Assad protesters clash after Friday prayers in Damascus, March 25, 2011

Azərbaycanın Suriyadakı konsulu bildirib ki, ölkədə vəziyyət o dərəcədə gərgin deyil ki, evakuasiyaya tələbat olsun. Lakin, Azərbaycan vətəndaşları öz istəkləri ilə Suriyanı istənilən vaxt tərk edə bilər.

Suriyada baş verən toqquşmalarda Azərbaycan vətəndaşları xəsarət almayıb. Azərbaycanın Suriyadakı konsulu Orxan Cabbarov APA agentliyinə bildirib ki, hazırda Dəməşqdə vəziyyət sakitdir, nümayişlər keçirilmir. “Azərbaycan səfirliyi qeydiyyatda olan bütün vətəndaşlarımızla əlaqə saxlayıb, onlara lazımi təlimatlar verib. Kütləvi iğtişaşlar başladıqdan sonra vətəndaşlarımızdan səfirliyə bir neçə müraciət daxil olub. Ölkədə vəziyyət o dərəcədə gərgin deyil ki, evakuasiyaya tələbat olsun. Lakin həmvətənlərimiz öz istəkləri ilə Suriyanı istənilən vaxt tərk edə bilər. Biz onlara hər an kömək etməyə, sənədlərini rəsmiləşdirməyə hazırıq”, - deyə konsul qeyd edib.
Hazırda Suriyada 110-dan çox Azərbaycan vətəndaşı yaşayır və işləyir. Azərbaycanın Suriyadakı səfirliyi normal rejimdə fəaliyyətini davam etdirir.


XS
SM
MD
LG