Accessibility links

BMT Suriyadakı repressiyaları qınayan qətnamə hazırlayır (Yenilənib)

  • Nərminə Cəlalqızı

BMT Suriyadakı repressiyaları qınayan qətnamə hazırlayır (Yenilənib)

BMT Suriyadakı repressiyaları qınayan qətnamə hazırlayır (Yenilənib)

BMT son günlər həyata keçirdiyi zorakılıqlara görə Suriya hökumətinə qarşı qətnamə hazırlandığını bildirib. Britaniyanın baş naziri Devid Kameron Suriyadakı repressiyaları qınayan qətnamənin lahyihəsini Britaniyanın və Fransanın hazırladığını deyib. Rusiya isə bu qətnaməyə veto qoyacağını bildirib.

Bu arada isə Bəşar əl-Əsəd hökumətinin son günlər həyata keçirdiyi zorakılıqlardan qaçan 122 suriyalının Türkiyə sərhədini keçdiyi bildirilir. Qaçqınların Türkiyənin sərhədə yaxın Karbeyaz şəhərinə keçmələrindən sonra baş nazir Rəcəp Təyyib Ərdoğan onun ölkəsinin zorakılıqlardan qaçan insanlara qapılarını bağlamayacağını deyib. Suriya hökuməti isə silahlı dəstələrin 120 təhlükəsizlik işçisini öldürdüklərini deyir.

Yerli sakinlər və fəalların dediyinə görə, təhlükəsilik qüvvələri ilə döyüşlər son günlər baş verən qanlı hadisələrdən sonra əsgərlərin etirazçıların tərəfinə keçmək istədikləri vaxt baş verib. Digər məlumatda isə Suriyada mülki vətəndaşlarının da özlərini qorumaq üçün silaha əl atdıqları deyilir.

XS
SM
MD
LG