Accessibility links

Suriyada basqılar davam edir


Suriyada basqılar davam edir
Suriyada basqılar davam edir

İnsan haqları müdafiəçiləri deyirlər ki, Suriya qüvvələri bir neçə şəhərdə baş verən hücumlarda 24 mülki vətəndaşı öldürüb. Bu arada BMT Təhlükəsizlik Şurası prezident Bəşar əl-Əsədin anti-hökumət nümayişçilərə basqılarını müzakirə etmək üçün toplaşıb.

Fəallar deyirlər ki, müqəddəs Ramazan ayının birinci günündə axşam ibadətlərinin ardınca insanlar küçələrə axışıb.

Həma sakinləri tankların axşam çağı şəhəri bombaladıqlarını, qoşunların sakinlərə pulemyotlardan atəş açdıqlarını bildirib. Hüquq müdafiəçiləri bazar günü Suriya boyu cərəyan edən hücumlarda azı 80 adamın öldürüldüyünü xəbər verir. Bunlardan 52-i Həma və ətraf kəndlərdə qətlə yetirilib.

BMT Təhlükəsizlik Şurasının tezliklə Suriyada basqıları pisləyəcək qətnamə qəbul edəcəyi gözlənilir.

XS
SM
MD
LG