Accessibility links

Suriyada bu gün təhlükəsizlik qüvvələri tərəfindən 13 nəfər öldürülüb


Suriyada bu gün təhlükəsizlik qüvvələri tərəfindən 13 nəfər öldürülüb
Suriyada bu gün təhlükəsizlik qüvvələri tərəfindən 13 nəfər öldürülüb

Suriya fəallarının bildirdiyinə görə, bu gün təhlükəsizlik qüvvələri tərəfindən 13 nəfər öldürülüb. Ölüm halları qüvvələrin müxtəlif bölgələrdə reydlər keçirdiyi zaman qeydə alınıb. Öldürülənlər arasında iki fərari də var. Fəallar onların Homs şəhərindəki qarşıdurma zamanı öldürüldüyünü bildirir.

Suriyann dövlət SANA xəbər agentliyi hökumətin reydlərinin terrorçuların axtarışı məqsədi daşıdığını və axtarışda olan 140 nəfərin həbs edildiyini bildirib.

Bu arada, Ərəb Liqasının zorakılıqların dayandırılması, əks təqdirdə sansiyalarla üzləşəcəyi barədə Suriyaya verdiyi xəbərdarlığın möhləti gecə yarısı başa çatır. 22 üzvlü qurum Suriyanı artıq tərkibindən çıxarıb.

XS
SM
MD
LG