Accessibility links

Suriya fəallarının məlumatına görə, üsyançılar Hələb şəhərində partlayıcı maddələrlə doldurduqları tuneli partladaraq 20-dən çox hökumət tərəfdarı döyüşçünün həyatına son qoyub.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirir ki, partlayış Qədim Hələbdə Zəhravi bazarının yaxınlığında baş verib.

Suriyanın ən böyük üsyançı alyans olan İslam Çəbhəsi hücumun məsuliyyətini öz üzərinə götürüb. Tvitter vasitəsilə göndərdiyi mesajda qruplaşma hökumət qüvvələrinin 40 üzvünü öldürdüyünü iddia edib.

Son zamanlar üsyançılar hökumət qüvvələrinə qarşı tunellərin partladılmasından istifadə edir.

Artıq 4-cü ilə daxil olan Suriya münaqişə 160 mindən çox insanın həyatına son qoyub.
XS
SM
MD
LG