Accessibility links

Suriyada davam edən etiraz aksiyalarının qarşısının alınmasına çalışılır (Yenilənib)


Suriyada davam edən etiraz aksiyalarının qarşısının alınmasına çalışılır (Yenilənib)
Suriyada davam edən etiraz aksiyalarının qarşısının alınmasına çalışılır (Yenilənib)

Suriyadan alınan məlumtda deyilir ki, hökumət qüvvələrinin bu gün ölkənin şimal-qərində bir neçə kənddə etirazçılara qarşı keçirdikləri əməliyyatlar zamanı 6 nəfər yaralanıb.

Suriyanın İnsan Haqlarının Müdafiəsi təşkilatının məlumatında hərbçilərin Həma şəhərində evlərə etdiyi reydi zamanı 20 nəfərin həbs edildiyi deyilir. Məlumatda yerli sakinlərin hərbçiləri daşa basdığqları və maşın təkərləini yandırdıqları deyilir.

Dünən gecə isə paytaxt Dəməşq yaxınlığında təhlükəsizlik qüvvələrinin hökumətə qarşı etiraz aksiyası iştirakçılarını atəşə tutduğunu və nəticədə iki nəfərin öldüyünü bildirirlər. Şahidlər hadisənin prezident Bəşar Əl-Əsədə qarşı nümayişlərin adi hal aldığı Həcər Əsvadda baş verdiyini deyirlər. Deyilənə görə, bazar günü tanklar Həma şəhərinə daxil olmuş, hərbi qüvvələr dissident olduqlarından şübhələnilənləri həbs edib.

Keçən cümə günü Hamada 150 000-ə qədər insan prezident Əsədə qarşı nümayişlərdə iştirak edib. Bu, mart ayından bəri hökumətə qarşı keçirilən ən böyük nümayiş idi.

XS
SM
MD
LG