Accessibility links

Suriyada demokratlara basqılar davam edir


Suriyada demokratlara basqılar davam edir
Suriyada demokratlara basqılar davam edir

Suriyalı fəallar hökumətin mərkəzi bölgələrdə onlarla adamı həbs etdyini və əraziyə tanklar yerləşdirdiyini bildirir.

Bu gün Suriya əsgərləri Banyas şəhərinin və şəhərətrafı kəndlərin sakinlərini həbs ediblər.

Banyas Suriya prezidenti Bəşar əl-Əsədə qarşı etiraz dalğasının episentrində yerləşir. Nümayişçilər Əsədin 11 illik avtoritar hakimiyyətinə son qoyulmasını və demokratik islahatlar keçirilməsini tələb edirlər.

Dünən hökumət qüvvələri üçüncü ən iri şəhər sayılan Homsda tanınmış insan haqları müdafiəçisi Nacati Təyarəni həbs ediblər.

ABŞ dövlət katibi Hillary Clinton Suriya hökumətinin etriazçılara basqılarını “zəiflik” əlaməti kimi qiymətləndirib.

XS
SM
MD
LG