Accessibility links

Suriyalı həkimlər həlak olan insanlar arasında uşaqların olduğunu bildirib

Suriyalı fəalların və həkimlərin verdiyi məlumatda hökumət qüvvələrinin ölkənin şimalına üsyançıların nəzarəti altında olan ərazidə keçirdiyi hava hücumları zamanı təxminən 20 insan həlak olub.

Fəalların bildirdiyinə görə hava hücumları çərşənbə günü və cümə axşamı səhər saatlarında Məaret əl-Numan şəhəri daxil olmaqla İdlib və Hələb əyalətlərinin dörd şəhərində keçirilib. Həkimlər ölənlər arasında bir neçə uşağın olduğunu deyib.

Hava hücumları zamanı çəkilmiş və internetdə yerləşdirilmiş video görüntülərdə çoxmərtəbəli binaların qalıqları altından insanların cəsədlərinin çıxarıldığı nümayiş olunur. Fəalların verdiyi məlumatlar və video görüntülər müstəqil mənbələr tərəfindən təsdiqlənə bilmir.

Cümə axşamı beynəlxalq sülh elçisi Lahdar Brahimi deyib ki, onun Suriyaya müvəqqəti atəşkəslə bağlı müraciəti müharibənin tüğyan etdiyi ölkədə real barışıq üçün əsas ola bilər. Brahimi yaxın bir neçə gün ərzində Dəməşqə gedərək atəşkəsin əldə olunması səylərinə vasitəçilik edəcək.
XS
SM
MD
LG