Accessibility links

Suriyada hökumət qüvvələri sərhəd kəndinə hücum edib (YENILƏNIB)


Suriyada hökumət qüvvələri sərhəd kəndinə hücum edib (YENILƏNIB)

Suriyada hökumət qüvvələri sərhəd kəndinə hücum edib (YENILƏNIB)

Suriyalı hüquq müdafiəçiləri deyirlər ki, hökumət qüvvələri Türkiyə sərhədi yaxınlığındakı kəndə hücum edərək pulemyotlardan atəş açmış və kənd sakinlərini həbs etmişlər.

Prezident Bəşar əl-Əsədə sadiq qüvvələr azı 6 tankın və 10 zirehli maşının müşayiəti ilə Bdama kəndinə daxil olublar. Şahidlər 70 sakinin həbs olunduğunu və iki evin yandırıldığını bildirirlər.

Bdama Türkiyə sərhədinə yaxındır. Londonda qərargahlanan Suriya İnsan Hüquqları Müşahidəçiləri adlanan qrup bildirir ki, bu kəndin sakinləri Türkiyəyə pənah aparan qaçqınlarıa yardım göstəriblər.

Dünən bütün ölkə boyu on minlərlə adam küçələrə axışaraq Bəşar əl-Əsədin hakimiyyətdən getməsinə çağırıblar. Təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində azı 19 adam qətlə yetirilib.

İndiyədək 10000-dən çox suriyalı qaçqın Türkiyənin cənub-şərqində çadırlarda məskunlaşıb. Onlar Bəşar əl-Əsədin qüvvələrinin hücumları nəticəsində evlərdinən didərgin düşüblər.

Bu arada Birləşmiş Ştatlar cənab Əsədə qarşı müharibə cinayətləri ittihamlarının irəli sürülməsini nəzərdən keçirdiyini açıqlayıb. Ağ Ev rəsmiləri habelə Suriyanın neft və qaz sektoruna sanksiyalar tətbiq edilməsini nəzərdən keçirirlər.

XS
SM
MD
LG