Accessibility links

Suriyada etiraz aksiyaları keçirmək planı baş tutmadı


Suriyalılar Dəməşqdəki Misir səfirliyi qarşısında nümayişçilərə edilən basqılara etiraz edirlər

Suriyalılar Dəməşqdəki Misir səfirliyi qarşısında nümayişçilərə edilən basqılara etiraz edirlər

Suriyada 15 min vertual dosdu olan xaricdəki Facebook istifadəçilərinin Dəməşkdə bu gün "qəzəb" adında nümayiş keçirmələri çağırışına əməl olunmasa da bu çağırış Suriya rəsmiləri və təhlükəsizlik orqanlarını təşvişə salıb. Suriya təhlükəsizlik qüvvələri anti-hökumət nümayişlərinin qarşısını almaq üçün parlament binası qarşısında yerləşdirilib. Lakin günortayadək heç kim bu əraziyə gəlməyib. Facebook saytında başlanan kampaniya cümə və şənbə günlərini Suriya paytaxtı Dəməşqdə qəzəb günü elan edib.

“Suriya İnqilabı 2011” adlanan Facebook səhifəsi ölkə daxilində 15,000 min virtual davamçı toplayıb. Xaricdə yaşayan suriyalılar tərəfindən yaradılan səhifə habelə xarici ölkələrdə yerləşən Suriya səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsinə çağırıb. Fəallar Suriyada plüralistik demokratiyaya keçid tələbi ilə çıxış edirlər.

Hökumət əleyhinə nümayişlər üçün sosial şəbəkələrdən istifadə olunmasına Tunis və Misirdə son həftələrdə baş verən anti-hökumət nümayişlərin təsir etdiyi irəli sürülür. Suriyalı bir fəalın Əl Cəzirə telekanalına verdiyi məlumata görə Suriya vətəndaşları dövlət orqanları və muxabəratdan çox qorxduqlarına görə çağırışa əməl etməyiblər.

XS
SM
MD
LG