Accessibility links

Suriyada kimyəvi silahlardan istifadəyə dair dəlil tapılıb


Böyük Britaniya qəzetinin məlumatına görə. Britaniya hərbi alimləri Suriyada münaqişə zamanı kimyəvi silahlardan istifadəyə dair kriminal sübut əldə edib.

The Times qəzeti adı açıqlanmayan müdafiə mənbəyinə istinadən yazır ki, Suriyadan gətirilən torpaq nümunələri kimyəvi silahdan istifadəni təsdiq edir. Ancaq mənbə bu silahlardan hökumət qüvvələrinin, yoxsa üsyançıların istifadə etməsini söyləməkdə çətinlik çəkib.

Qeyd edək ki, hökumət qüvvələri və üsyançılar bir-birini kimyəvi silahdan istifadədə günahlandırır.

Bu arada fəallar bildirir ki, Suriya qüvvələrinin İdlibdə həyata keçirdiyi hava hücumu nəticəsində 18 nəfər həlak olub. Onlardan biri uşaqdır.

Saraqeb şəhəri yaxınlığındakı hücum zamanı onlarla insanın yaralandığı bildirilir.
XS
SM
MD
LG