Accessibility links

Suriya kürdləri ölkənin şimalında muxtariyyət elan edib


Suriyanın ən böyük kürd partiyasının nümayəndələri ölkənin şimalında kürdlərin nəzarət etdiyi əraziləri federal muxtar region elan edib. Bu addım dərhal Suriya höküməti və müxalifət qrupu tərəfindən rədd edilib.

Bu, həmçinin Cenevrədə keçirilən Suriya sülh danışıqlarını çətinləşdirir.

Biz Suriyanın ərazi bütövlüyünü və birliyinə sadiq qalırıq.
Mark Toner

Rmelianda keçirilən kürdlərin konfransında təsdiq olunan bəyannaməyə əsasən, kürdlərin nəzarət etdiyi üç bölgənin birləşməsi ilə Suriya daxilində özünü idarə edəcək region yaranacaq.

Lakin Suriyanın xarici işlər naziri Suriya kürdlərinin bu addımını rədd edərək, bunu "konstitusiyaya zidd və yararsız" adlandırıb."​

Suriyadakı kürd liderlər regionda ərəblər və türkmənlər daxil olmaqla, digər etnik mənsubiyyətə və məzhəblərə aid qrupların da təmsil olunacağını bildirir.

Lakin çərşənə axşamı Birləşmiş Ştatlar Suriyada yarı-muxtar ərazinin özünün idarə olunmasını qəbul etməyəcəyini bəyan edib.

Kürd döyüşçülər
Kürd döyüşçülər

“Biz Suriyanın ərazi bütövlüyünü və birliyinə sadiq qalırıq,” deyə dövlət katibinin müavini Mark Toner bildirib.

Suriyalı kürd yarı-hərbi dəstə üzvləri ölkənin şimalında müxalifət qruplarına qarşı döyüşməkdə davam edir, onların liderləri isə orada federal muxtar region elan etməyə hazırlaşır.

Kürdlərin nəzarət etdiyi Kobani şəhərinin yüksək səviyyəli kürd xarici işlər nümayəndəsi İdris Nəssən Al Jazeera televiziyasına “şimali Suriyada federalizmin elan olunmasına hazırlıqların tez bir zamanda başlayacağını” və kürd nümayəndələrinin bu məsələni müzakirə etmək məqsədilə görüş keçirəcəyini” deyib.

Çərşənbə günü Bağdadda çıxış edən İslam Dövləti qrupuna qarşı aparılan əməliyyatın sözçüsü polkovnik Stin Uarren muxtariyyət bəyanının “siyasi məsələ” olduğunu və İŞİD terroçularına qarşı əməliyyatlara təsir göstərməyəcəyini deyib.

Suriya kürdləri Suriya xalqının mühum bir parçasıdır. Biz onlarla, onlar isə bizlə qürur duyur. Biz əsrlər boyu birlikdə bir dövlət yaratmışıq. Ona görə də suriyalılar arasında bölgülər yaratmaq cəhdləri uğursuz nəticələnəcək.
Bəşər Əl-Cəfəri

Suriyanın BMT-dəki səfiri Bəşər Əl-Cəfəri isə Cenevrədə müxbirlərə Suriya xalqını bölmək cəhdlərinin bir nəticə verməyəcəyini deyib.

“Suriya kürdləri Suriya xalqının mühum bir parçasıdır. Biz onlarla, onlar isə bizlə qürur duyur. Biz əsrlər boyu birlikdə bir dövlət yaratmışıq. Ona görə də suriyalılar arasında bölgülər yaratmaq cəhdləri uğursuzla nəticələnəcək,” deyə o bildirib.

Türkiyə höküməti və Türkiyənin kürd vətəndaşları arasında aşağı səviyyədə münaqişə davam etdiyini və son zamanlar kürd qruplarının Türkiyədə bomba hücumları həyata keçirməsi səbəbilə Türkiyənin bu muxtariyyət elanını müsbət qarşılayacağı gözlənilmir.

XS
SM
MD
LG