Accessibility links

Suriyada kütləvi məzarları əks etdərən foto-şəkillər əldə edilib

  • Amerikanın səsi

ABŞ hökumətinin veb səhifəsində Suriyada kütləvi məzarlar və hökumət qüvvələrinin mülki əhaliyə qarşı hücumlarını əks etdərən foto-şəkillər əldə edildiyi bildirilir. Dövlət Departamenti bu haqda məlumatı dünən yayıb.

May ayının 25-də yarısı uşalqlar olmaqla, Hula şəhərində 100-dən artıq insan qətlə yetirilib. Qırğınlar böyük qəzəblə qarşılanıb. Bir sıra ölkələr səfirlərini Suriyada geri çağırıb. Bəzi diplomatlar beynəlxalq koalisiyanı prezident Bəşar Əl-Əsədin hakimiyyətdən uzaqlaşdırlmasına çağırır. BMT-nin insan haqları şöbəsinin rəhbəri Navi Pillay hadisə ilə bağlı müstəqil istitaq keçirilməsini təklif edib.

Suriya fəalları dünən 12 mülki vətəndaşın öldürüldüyünü bildirir.

XS
SM
MD
LG