Accessibility links

Suriya müxalifəti beynəlxalq ictimaiyyəti prezient Bəşar Əl-Əsədi hakimiyyətdən salmağa çalışan üsyançıları ağır silahlarla təmin etməyə çağırıb.

Suriya müxalifətinin Milli Koalisiyasınin rəhbəri Əhməd Carba bu çağırışla Küveytdə 22 ölkənin daxil olduğu Ərəb Liqasının illik sammitində çıxış edib.

Əhməd Carba həmçinin deyib ki, sammitdə Suriyanın yerinin boş saxlanıb, onun müxalifətə verilməməsi ilə cənab Əsədə yanlış mesaj göndərilir.

Bundan öncə Səudiyyə Ərəbistanı Suriyanın müxalif döyüşçülərinin tərəfdarlarını üsyançıları daha çox silahla təmin etməyə çağırıb. Səudiyyə Ərəbistanı üsyançılara ən çox dəstək verən ərəb ölkəsidir.

Səudiyyə Ərəbistanının vəliəhdi Salman Bin Əbdüləziz bu açıqlamanı Ərəb Liqası ölkələrinin Küveytdə sammit keçirdiyi vaxt verib.

BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Laxdar Brahimi müharibədə döyüşən tərəflərə silah göndərilməsinə son qoymağa çağırıb. O, münaqişənin siyasi yolla həlilnə ehtiyac olduğunu vurğulayıb.
XS
SM
MD
LG