Accessibility links

Suriyada məktəbə qarşı hava hücumu


Rusiya və Çin Suriya qətnaməsinə veto qoydular

Rusiya və Çin Suriya qətnaməsinə veto qoydular

Suriyanın insan haqlarına nəzarət edən qrupu bildirib ki, ölkənin şimalında üsyançıların nəzarətində olan şəhərdə teexniki peşə məktəbinə qarşı həyata keçirilən hava hücumu nəticəsində 12 nəfər həlak olub. Ölənlərin böyük əksəriyyəti yaşı 18-dən az olan tələbələr olub.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqlarını Müşahidə qrupu Suriya Hava Qüvvələrinin bu gün Raqa şəhərində məktəbi bombaladığını bildirib.

Hələb şəhərindən 160 kilometr şərqdə Raqa mart ayından - prezident Bəşar Əl-Əsədin hakimiyyətdən devrilməsi üçün döyüşlər başlayandan bəri üsyançıların nəzarətindədir.

Bundan başqa Suriyada olan BMT kimyəvi silah mütəxəssisləri kimyəvi hücumlara dair dəlil-sübut toplamaq üçün 7 əraziyə baş çəkmək məqsədilə yerləşdikləri mehmanxananı tərk edib.

Bu kimyəvi silah mütəxəssisi qrupu Kimyəvi Sİlahlarının Qarşısının Alınması Təşkilatının göndərdiyi qrupdan fərqlidir.
XS
SM
MD
LG