Accessibility links

Suriyada XIII əsrə aid məscidə ziyan dəyib


Suriyanın Homs şəhərində davam edən şiddətli döyüşlər nəticəsində XIII əsrə aid məscidə zədə dəydiyi ehtimal olunur. Bu məscid Suriyanın ən tarixi tikililərindəndir.

Fəalların internetdə yerləşdirdiyi videoda hər bir neçə saniyədə mərmi hücumundan sonra Xalid İbn Əl-Calid məscidindən tüstü qalxdığı görünür. Fəalla deyir ki, məscidə qarşı hökumətin hücumları 2012-ci ilin fevralından başlayıb.

Suriya prezidenti Bəşar Əl-Əsədə sadiq qüvvələr son günlər üsyançıların nəzarətində olan Homs şəhərinə hücumu intensivləşdirib.Onlar şəhərə nəzarəti ələ keçirmək istəyir.

Fəalları deyir ki, döyüşlər şəhəri çox saylı dağıntlara məruz qoyub.
XS
SM
MD
LG