Accessibility links

Suriya fəallarının bildirdiyinə görə, paytaxt Dəməşqdə bir kəşfiyyat işçisi güllə ilə vurulub öldürülmüş, bomba partlayışı nəticəsində isə 3 nəfər yaralanmışdır. Hücumlar diplomatların ölkədə artıq 13 aydır davam edən münaqişənin dayandırılması səylərini davam etdirdiyi bir vaxta təsadüf edir.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidəçiləri Təşkilatı kəşfiyyat işçisinin Dəməşqin Barzeh məhəlləsində qətlə yetirildiyini desə də, hadisə ilə bağlı əlavə məlumat verməyib. Suriya hökumətinin də qətllə bağlı heç bir açıqlama vermədiyi deyilir.

Prezident Bəşar Əl-Əsədi devirmək istəyən üsyançıların hərbiçilər və təhlükəsizlik işçilərini hədəf almaqla hücumlarını artırdıqları bildirilir.








XS
SM
MD
LG