Accessibility links

Suriyada müttəfiqləri arasında qarşıdurma ABŞ-ı narahat edir [Video]


ABŞ müdafiə naziri Eş Karter Türkiyəni diqqətini İŞİD terror qruplaşmasına qarşı yönəltməyə davam etməyə və Suriyada terrorla mübarizə aparan ABŞ-ın dəstəklədiyi kürd qüvvələrə müdaxilə etməməyə çağırıb.

ABŞ-ın müttəfiqi Türkiyə ilə Birləşmiş Ştatların Suriyada dəstəklədiyi kürd üsyançılar arasında qarşıdurmanın sərt tənqidlərə yol açmasından sonra Suriyadakı Türkiyə qüvvələri Carablus qəsəbəsinin qərbinə istiqamət alıb.

"ABŞ onları dəstəkləyir, onların İŞİD-ə qarşı ümumi mübarizələrini və sərhədlə Carablus arasındakı bütün fəalliyyətlərini dəstələyir. Ancaq Carablusun cənubundakı döyüşləri yox" - deyə ABŞ müdafiə naziri Eş Karter bildirib.

Carablusun cənubundakı kürd YPG döyüşçüləri İŞİD-i xarici döyüşçülərin mərkəzi olan Manbic şəhərindən çıxarıb. Ancaq Türkiyə indi kürd qüvvələrini tez bir zamanda Fərat çayı sahillərindən çıxarmaq istəyir və Pentaqon bildirir ki, türklər bu planı Manbic İŞİD-dən təmizlənən kimi həyata keçirmək istəyib.

Eş Karter: "Manbic əməliyyatından sonra YPG Fəratın qərbini boşaltmaqdadır və boşaltdacaq".

Özümüzə əmin olsaq, eləcə də İraq və Suriyada İŞİD-in istehkamlarını ələ keçirməklə qələbəyə doğru getdiyimizi düşünsək, böyük səhvə yol vermiş olarıq.

Amerikanın müttəfiqləri arasındakı qarşıdurma onların heç birinə qarşı getmək istəməyən ABŞ-ı narahat edir və hər iki tərəfdən qarşıdurmaya son qoyub, diqqəti İŞİD-lə mübarizəyə yönəltməyi xahiş edir. Bu mübarizənin sonu isə hələ görünmür.

"Özümüzə əmin olsaq, eləcə də İraq və Suriyada İŞİD-in istehkamlarını ələ keçirməklə qələbəyə doğru getdiyimizi düşünsək, böyük səhvə yol vermiş olarıq" - Brukinqs İnstitutundan Maykl Ohanlon bildirir.

ABŞ-ın dəstəklədiyi koalisiya hazırda İŞİD-in İraqdakı ən boyük istehkamı olan Mosulu və Suriyadakı paytaxtı elan etdiyi Rakka şəhərini geri almaq uğrundan döyüşlərə hazırlaşır.

XS
SM
MD
LG