Accessibility links

Suriyada müxalifətin görkəmli nümayəndələrindən biri həbs edilib


Suriyada müxalifətin görkəmli nümayəndələrindən biri həbs edilib
Suriyada müxalifətin görkəmli nümayəndələrindən biri həbs edilib

Suriyada 50 ilə yaxındır davam edən fövqəladə vəziyyətin ləğvi barədə qərarın təsdiq edilməsindən bir neçə saat sonra tanınmış müxalifət nümayəndələrindən birinin həbs edildiyi bildirilir. İnsan hüquqları müdafiəçilərinin bildirdiyinə görə, Mahmud İssa Suriyanın siyasi təhlükəsizlik xidmətinin işçiləri tərəfindən dünən gecə Homs şəhərindəki evindən aparılıb.

Dünən səhər Suriyada fövqəladə vəziyyətin ləğvi, siyasi məhbusları mühakimə edən təhlükəsizlik məhkəməsinin bağlanması və dinc nümayişlərin keçirilməsinə icazə verilməsi barədə yeni qanunlar qəbul edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner deyib ki, Vaşinqton Suriyanın məhdudiyyətlər qoyan bir qanununu digəri ilə əvəz edə biləcəyindən narahatdır. O, Dəməşqi bunun yerinə demokratik islahatlar aparmağa çağırıb.

XS
SM
MD
LG