Accessibility links

Suriyada nümayişçilərə basqılar davam edir

  • Amerikanın səsi

Suriyada nümayişçilərə basqılar davam edir

Suriyada nümayişçilərə basqılar davam edir

Suriyalı fəallar bildirirlər ki, prezident Bəşar əl-Əsədə qarşı kütləvi etiraz aksiyalarından bir gün sonra hökumət qüvvələri dissidentləri hədəf alıb.

Təhlükəsizlik qüvvələri paytaxt Dəməşq və Latakiya şəhərlərində nümayişçilərə hücum edib. Şahidlər həmçinin atəş səsləri eşidildiyini xəbər veriblər. Kiminsə yaralandığına dair məlumat yoxdur.

Cümə günü təhlükəsizlik qüvvələri Dəməşqin civarında yerləşən Douma qəsəbəsində, Dəra vilayətində və Deir əz-Zurda nümayişçilərə atəş açmışdılar.

Dövlətə məxsus xəbər agentlikləri isə Deir əz-Zurda təhlıküəsizlik qüvvələrinə atəş açıldığını və nəticədə üç zabitin yaralandığını deyirlər. Onlar həmçinin Doumada polis məntəqəsinə hücumda iki keşikçinin yaralandığını xəbər verirlər.

XS
SM
MD
LG