Accessibility links

Suriyada nümayişlər davam edir

  • Amerikanın səsi

Suriyada nümayişlər davam edir

Suriyada nümayişlər davam edir

Bu gün Suriyanın paytaxtı Dəməşq də daxil edilməklə, ölkə boyu nümayişlər davam edib. Aksiya iştirakçıları aralarında uşaqlar da olan mülki əhali arasındakı tələfata etirazlarını bildiriblər. Reuters xəbər agentliyinin bildirdiyinə görə, Suriya qüvvələri Hama şəhərində nümayişçiləri atəşə tutub. Nəticədə 34 adam həlak olub. Dünən Suriyanın hərbi qüvvələri qərbi Rastan şəhərini bombardman edib. Müxalifət 13 yaşlı oğlan daxil edilməklə zorakıqlıalra nəticəsində 25 uşağın öldürüldüyünü bildirir. Türkiyədə Suriya müxalifətinin keçirdiyi ikigünlük sammit prezident Bəşar Əl-Əsədin istefası çağırışı ilə işini başa vurub. Çağırış 300 nümayəndənin birgə bəyanatında yer alıb.

XS
SM
MD
LG