Accessibility links

Suriyada ötən 24 saat ərzində 100 adam öldürülüb

  • Amerikanın səsi

Suriyada ötən 24 saat ərzində 100 adam öldürülüb

Suriyada ötən 24 saat ərzində 100 adam öldürülüb

Bəşar əl-Əsəd hökumətinin müşahidəçiləri ölkəyə buraxmağa razılaşmasına baxmayaraq hüquq müdafiəçiləri Suriya boyu çox sayda adamın zorakılıqlarda həlak olduqlarını bildirirlər.

Fəallar deyirlər ki, təhlükəsizlik qüvvələri Türkiyə ilə sərhəd postlarını tərk edən əsgərlərə atəş açaraq 70 nəfəri öldürüblər. Suriyanın başqa hissələrində 30-a yaxın adam öldürülüb.

BMT Baş Assambleyası dünən böyük səs çoxluğu ilə Suriyada zorakılıqları pisləyən qətnamə qəbul edib. BMT deyir ki, doqquz ay davam edən üsyan zamanı azı 5000 adam həlak olub.

XS
SM
MD
LG