Accessibility links

Suriyada parlament seçkilər keçirilir


Cenevrə şəhərində Suriya sülh danışıqları bərpa olunduğu bir vaxt Suriya hökumətinin nəzarətində olan ərazilərdə yaşayan insanlar parlament seçkilərində səs verir.

Ölkənin təxminən üçdə birini təşkil edən hökumətin nəzarətindəki ərazilərdə seçki məntəqələri bu gün səhər saatlarında açılıb.

Müşahidəçilər hakim Bəəs partiyasının parlamentdəki üstünlüyünü qoruyacağını gözləyir. Parlamentdəki 250 yer uğrunda 3500-dən çox namizəd mübarizə aparır. Minlərlə insanın isə namizədliyi qeydə alınmayıb.

Qərb liderləri və Suriya müxalif qrupları seçkilərin saxtalaşdırıldığı və bunun 6 həftəlik kövrək atəşkəsə, eləcə də sülh danışıqlarına hədə olduğunu bildirib.

Bununla yanaşı, bu gün BMT-nin vasitəçilik etdiyi sülh danışıqları edilib və qurumun Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura müxalifət üzvləri, ABŞ rəsmiləri və başqa qüdrətli dövlətlərin nümayəndələri ilə görüşür. Məqsəd 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsinə həll yolları tapmaqdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG