Accessibility links

Suriyada vətandaş müharibəsinin getdiyi bir vaxt ölkə sakinləri prezident seçkilərində səs vermək üçün seçki məntəqələrinə üz tutublar. Seçkilərdə prezident Bəşər Əl-Əsədin rəqabət olmadan qələbə çalacağı gözlənilir.

Suriya müxalifəti və Qərb müttəfiqləri seçkiləri tənqid edib. Onlar cənab Əsədi hökumətin təsdiqlədiyi az tanınmış iki namizədi özünə rəqib etdiyini deyirlər.

Suriya baş naziri Vael Əl-Halqi xalqı seçkilərdə iştirak etməyə çağırıb və seçkini Suriyanı bərpa yoluna qoyacaq tarixi bir gün adlandırıb.

Üsyançı qüvvələrlər cənab Əsədi devirmək üçün üç ildir mübarizə aparırlar.

Bəşər Əl-Əsəd atasının vəfatından sonra 2000-ci ildən ölkəyə başçılıq edir. O, 2007-ci ildə ikinci dönəm prezident seçilmək üçün seçkidə yeganə namizəd olmuşdu.
XS
SM
MD
LG