Accessibility links

Suriya parlamentinin spikeri ölkədə prezident seçkilərinin iyun ayının 3-də keçiriləcəyini bəyan etməsindən sonra namizədlərin qeydiyyatına sabahdan etibarən başlanacağı bildirilib. Seçkilər barədə məlumat bu gün elan edilib və bu, prezident Bəşar Əl-Əsədin üçüncü dəfə 7 il müddətinə prezident seçilməsinə imkan yarada bilər.

2011-ci ilin mart ayında Üsyançıların cənab Əsədə qarşı sakit etiraz aksiyaları ilə başlayan münaqişə tez bir zamanda vətəndaş müharibəsinə çevrilib. Nəticədə 150 mindən çox insan həlak olub.
Bu müharibə 2.6 milyon suriyalının qonşu ölkələrə qaçmalarına səbəb olub. Böhran səbəbindən 6.5 milyon insan ölkə daxilində məcburi köçkün olub.
XS
SM
MD
LG