Accessibility links

Təkcə avqust ayında ölkəni yüz mindən çox insan tərk edib

Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin rəhbəri Suriyada üç günlük yüksək səviyyəli danışıqlara başlayıb. Danışıqların başlıca mövzusu 18 aylıq üsyan nəticəsində meydana çıxmış humanitar böhranın fəsadlarıdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer bazar ertəsi Dəməşqdə prezident Bəşar əl-Əsədlə görüşüb. O, döyüşlər nəticəsində evlərindən didərgin düşmüş yüz minlərlə suriyalıya humanitar yardım çatdırılmasını müzakirə edib.

Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə avqust ayında Suriyanı 100 000 nəfər tərk edib. Bu, keçən il münaqişə başlayandan bəri ən böyük aylıq göstəricidir.

BMT qaçqın agentliyinin mətbuat katibi Melissa Fleminq çərşənbə axşamı bildirib ki, 2011-ci ilin mart ayından bəri hökumətin inqilabçılara qarşı sərt zorakılıqları nəticəsində qonşu ölkələrdə sığınacaq axtaran insanların sayı qeydiyyata düşən və qeydiyyata düşməyi gözləyən Suriya qaçqınlarının ümumi sayını 235 000 nəfərə qaldırıb.

Fleminq avqust ayında baş verən insan axınını “qaçqın hərəkətliliyində əhəmiyyətli dərəcədə artm” kimi qiymətləndirib.

O, şərhlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbərinin missiya çərçivəsində humanitar yardım işçılərinin yardım fəaliyyətinə daha yaxşı şərait yaratmaq məqsədilə Suriya prezideni Bəşar əl-Əsədlə Dəməşqdə keçirdiyi görüşdən sonra verib.

Beynəlxalq Qırmızı Xaç rəsmiləri bildiriblər ki, çərşənbə axşamı təşkililat rəhbəri Peter Maurer Suriya lideri ilə 45 dəqiqə danışıqlar aparıb. Onlar danışıqların təfərrüatı barədə məlumat verməyiblər.
XS
SM
MD
LG