Accessibility links

Suriya paytaxtı Dəməşqin yaxınlıqlarında 60 nəfərin həyatına son qoyan hücumun məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb.

Dəməşqin Sayidə Zeynəb məhəlləsində şiə ziyarətgahı yaxınlığında avtomobilin partladılmasında sonra xilasedici heyət hadisə yerinə gələn zaman yenidən iki intiharçı hücumu həyata keçirilib.

AFP-nin məlumatına görə, əsasən şiələrin yaşadığı şəhərdə həyata keçirilən hücum zamanı ölənlər arasında şiə döyüşçülər də var. Ötən illərdə bu ərazi bir neçə dəfə bomba hücumlarına məruz qalıb.

Zorakılıq BMT xüsusi elçisi Staffan de Misturanın Cenevrədə Suriya əsas müxalifəti ilə görüşdüyü vaxta təsadüf edib. Mistura Suriya fraksiyalarını 5 ilə yaxındır davam edən vətəndaş müharibəsini siyasi yolla həll etmək üçün danışıqlara dəvət edib.

XS
SM
MD
LG