Accessibility links

Fəallar Suriyada insanların zorla aparılması və itkin düşməsi hallarına diqqət çəkir


Suriyada qiyam başlanandan qaçırılan və həbs olunan insanların taleyi məlum deyil

İnternetdə qlobal fəallar qrupu "Avaaz" Suriyada minlərlə insanın itkin düşməsi hallarına diqqət verilməsinə çağırır. Onlar dövlət təhlükəsizlik orqanlarının və silahlı qrupların insanların ailələri və icmaları qorxutmaq üçün müxtəlif üsullardan istifadə etdiyini deyir.

"Avaaz" cümə axşamı keçən ilin mart ayından bəri Suriyada həbs olunan, nəzarət altına alınan və ya qaçırılmış şəxslərin ailə üzvlərinin ifadələrini açıqlayıb. Qrup bu hallarla bağlı istintaq aparılması məqsədilə sənədləşdirilmiş ifadələrin Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına təqdim olunacağı qeyd edilir.

Qeydə alınan hallar arasında fevral ayında hərbi yoxlanış məntəqəsində ailəsinin də harada saxlanıldığından xəbəri olmayan şəxsin həbs olunması da qeyd olunub. Başqa bir ailə isə 2011-ci ilin may ayında etiraz aksiyaları başlanandan qısa müddət sonra həbs olunmuş üzvünün harada olduğuna dair məlumatları yalnız həbsdən azad olmuş məhbuslardan alındığını deyd edir.

Qrupun hesabatında insan haqları təşkilatları və hüquqşünasların təxminən 28 minlə 80 min arasında insanın zorla aparıldığı haqda məlumatları öz əksini tapıb.
XS
SM
MD
LG