Accessibility links

Suriyada "İtaətsizlik günü" nümayişləri


Suriyada "İtaətsizlik günü" nümayişləri

Suriyada "İtaətsizlik günü" nümayişləri

Suriya təhlükəsizlik qüvvələri bu gün keçirilməsi nəzərdə tutulan kütləvi aksiyaların qarşısını almaq üçün ölkənin bir neçə mərkəz və sahil şəhərlərinə daxil olub. Paytaxt Dəməqdə nümayişçilərlə silahlı qüvvələr arasındakı qarşıdurma zamanı 21 adam həlak olub. Prezident Bəşar Əl-Əsədin istefasını tələb edən aksiya iştirakçılarından bir neçəsi həbs edilib.

Hadisə yerindən çəkilən həvəskar video göstərir ki, bu günü “İtaətsizlik günü” adlandıran nümayişçilər bir araya gəliblər. Etirazçılar habelə nümayişlərə aparan yollarda tıxaclar yaradıblar. Ordunun Dəradan çıxarılması barədə məlumatlara baxmayaraq, son iki gündə qoşunlar və zirehli maşınlar Rastan, Homs və Banias şəhərlərinə yerləşdirilib. Sakinlər deyir ki, 200-ə yaxın tank Rastan şəhərini, 30 tank isə liman şəhəri Baniasın çıxışlarını mühasirəyə alıb.

XS
SM
MD
LG