Accessibility links

Suriyada təhlükəsizlik qüvvələri 16 nəfəri öldürüb


Suriyada təhlükəsizlik qüvvələri 16 nəfəri öldürüb
Suriyada təhlükəsizlik qüvvələri 16 nəfəri öldürüb

Suriya təhlükəsizlik qüvvələri bir neçə şəhərdə hökumət əleyhdarı nümayişçilərə atəş açaraq onları öldürüb. Hökumət ölkədə tənqidi səsləri boğmaq kampaniyasını genişləndirir.

Fəallar və şahidlər deyir ki, bu gün prezident Bəşər Əl-Əsədin istefası çağırışları ilə suriyalıların yenidən küçələrə çıxmasından sonra ən azı 16 nümayişçi öldürülüb. Qərb xəbər agentlikləri deyir ki, nümayişçilərdən 2-si Homs və digər 2-si isə Deyr Əl-Zaur şəhərində öldürülüb.

Hökumət əleyhinə nümayişçilər Dəra, Latakiya və paytaxt Dəməşq yaxınlığında davam edir.

Günün əvvəlində təhlükəsizlik qüvvələri daha iki şəhərə tanklar və əlavə qoşunlar göndərib.

İnsan haqları fəalları və şahidlər deyir ki, ordu Maaret Əl-Numan şəhərin çoxsaylı əsgər göndərib. Əlavə qüvvələr habelə Xan Şeyxun şəhərində də yerləşdirilib.

Bununla yanaşı, Türkiyə rəsmilər Suriyada iğtişaşlardan qaçaraq Türkiyəyə daxil olan suriyalı qaçqınları sayı 10 000-ə yaxınlaşıb.

XS
SM
MD
LG