Accessibility links

Suriya təhlükəsizlik qüvvələri Homs regionunda reydlər keçiriblər

  • Amerikanın səsi

Suriya təhlükəsizlik qüvvələri Homs regionunda reydlər keçiriblər

Suriya təhlükəsizlik qüvvələri Homs regionunda reydlər keçiriblər

Şahidlər deyirlər ki, Suriyada ölkə boyu bu gün başverən zorakılıqlar nəticəsində mülki vətəndaş və əsgərlər də daxil azı 47 adam həlak olub. Fəalların bildirdiklərinə şimalda yerləşən qaynar Homs şəhərində 10, ölkənin başqa yerlərində isə 7 adam həlak olub.

Ərəb ölkələrinin telekanalları prezidentə sadiq qüvvələrin şəhərin Bam Əmr hissəsini bombaladıqlarını bir neçə evin hücüm nəticəsində dağıldığını göstərib.

Britaniyada Suriyadakı hadisələri izləyən insan hüquqları müdafiəçiləri döyüşlərdə 20 hökumət əsgərinin, orduyu tərk etdiyindən şübhələnilən hərbçilər tərəfindən öldüyünü, şimaldakı idlib şəhərində isə orduyu tərk edən əsgərlərin 19 təhlükəsizlik qüvvəsini pusquya saldıqlarını bildirib. Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqası zorakılıqları pisləyib.

Fəallar və sakinlər hökumət qüvvələrinin zirehli maşınlarda əraziyə daxil olması ilə şiddətli atəş səslərinin eşidildiyini bildiriblər. Qoşunlar habelə şərqi Deir əl-Zur şəhərində reydlər keçiriblər.

Dünən hökumət qüvvələri bütün Suriya boyu azı 40 adamı öldürüblər. Fəallar qətllərin əsasən Homs və Həma regionlarında baş verdiyini bildirir.

Bu arada Ərəb Liqasının nazirləri bir araya gələrək Suriya rəsmiləri ilə zorakılıqlara son qoyulmasını müzakirə edirlər. Nazirlər, eləcədə BMT baş katibi Ban Ki-mun prezident Bəşar əl-Əsədi müxalifət nümayişçilərinə qarşı basqılara son qoymağa çağırıblar.

XS
SM
MD
LG