Accessibility links

Suriyada nümayişlər zamanı 6 adam həlak olub


Suriyada nümayişlər zamanı 6 adam həlak olub

Suriyada nümayişlər zamanı 6 adam həlak olub

Suriyanın insan haqları fəallarının bildirdiyinə görə, bu gün paytaxt Dəməşqdə planlaşdırılan etiraz aksiyalarının qarşısının alınması üçün şəhərə hərbi qüvvələr yeridilib.Təhlükəsizlik qüvvələrinin nümayişçiləri atəşə tutması nəticəsində 6 adam öldürülüb. Onlardan 5-nin Homs şəhərində həlak olduğu bildirilir. Etiraz aksiyası iştirakçıları prezident Bəşar Əl-Əsədin istefasını tələb edib. Bir sıra şəhərlədə prezidentin tərəfdarları əllərində Suriya bayraqları ilə yürüşı çıxıb.

Keçən həftənin cümə günü ölkə boyu on minlərlə insanın prezident Bəşar Əl-Əssədə qarşı keçirdikləri etiraz nümayişləri zamanı təhlükəsizlik qüvvələri tərəfindən azı 32 nəfər öldürülmüşdü. Onların 23-ü paytaxt və onun civarlarında qətlə yetirilib.

Cümə axşamı Suriya qüvvələri tanklar və başqa texnikadan istifadə edərək mərkəzi Homs şəhərində basqıları gücləndirib.

XS
SM
MD
LG