Accessibility links

Suriyada toqquşmalar gündən-günə qızışır


Suriyanın müxalif qrupları bu gün Suriyanın bir çox yerində yeni zorakılıqların balşadığı barədə məlumat verib.

Suriyada İnsan Haqlarını Müşahidə qrupu Amerikanın səsinə bildirib ki, hökumət qüvvələri Dəməşqin bir neçə şəhərkənarı məhəlləsində üsyançılara hücuma keçib. Ordunun üç üzvünün öldürüldüyü bildirilir. Hökumətə sadiq qüvvələrin bir qrup qadına atəş açması, 2 nəfəri qətlə yetirməsi və 4-nü yaralamasından sonra Homsda da toqquşmalar baş verib.

Dünən BMT baş katibi Ban Ki Mun Suriya münaqişəsinin böyüməsi və hökumət qüvvələrinin mülki insanların yaşadığı ərazilərə hücumlarını azaltması fikrində olmaması barədə xəbərdarlıq etmişdi. Cənab Ban Baş Assembleyaya deyib ki, şəhərlər, rayonlar və kəndlər müharibə bölgəsinə çevrilib. O, Suriya prezidenti Bəşar Əl-Əsədi aprel ayının 10-dək zorakılıqlara son qoymaq barədə vədinə əməl etməyə çağırıb.

XS
SM
MD
LG