Accessibility links

Bü gün Suriyanın yaraqlı qrupları cümə günü Dəməşq yaxınlığında hava hücumu nəticəsində öldürülən nüfuzlu üsyançı komandirə görə matəm saxlayırlar.

Dünən Suriya üsyançıları və hökumət rəsmiləri bildirib ki, İslam Ordusu qrupunun təsisçisi Zahran Alluş onların Dəməşq yaxınlığındakı Qouta şəhərindəki baş qərargahını hədəf alan hava reydləri zamanı öldürülüb.

Alluşun ölümü silahlı müxalifər arasında ciddi qəzəbə səbəb olub vı bu, 2016-cı ilin əvvəllərində prezident Bəşar Əl-Əsəd hökuməti ilə keçirilməsi planlaşdırılan danışıqlara ciddi təsir edə bilər

İslam Ordusu bu gün ali səhra komandiri Essam Əl-Buvaydhanin Alluşun yerinə təyin edib.

Təsdiq edilməmiş ilkin məlumatlar hava hücumlarının Rusiya təyyarələri tərəfindən həyata keçirildiyini bildirir.

Suriya prezidenti Bəşar Əl-Əsədin müttəfiqi olan Rusiya 3 ay əvvəl Suriyada hava hücumlarına başlayandan bəri üsyançıların bir neçə nüfuzlu liderinin həyatına son qoyub.

Təlim keçmiş minlərlə döyüşçüsü olan İslam Ordusu Suriyada ən böyük və ən təşkilatlı üsyançı qruplaşma hesab edilir.

XS
SM
MD
LG