Accessibility links

Böyük Britaniyada fəaliyyət göstərən müşahidə qrupu bildirir ki, üsyançılar bir həftə davam edən intensiv döyüşlərdən sonra şimaldakı Hələb şəhəri yaxınlığındakı polis akademiyasına nəzarəti ələ keçirib.

Sosial medialardan əldə edilən həvəskar video göstərir ki, üsyançılar prezident Bəşar Əl-Əsəd qüvvələrinin artilleriya bazası kimi istifadə edilən Xan Əl-Əsəldəki polis akademiyasına hücum edir.

Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, döyüşlər zamanı ən azı 129 ordu əsgəri və 80 üsyançı həlak olub.

Suriya müxalifətinim lideri Muaz əl-Xətib aparıcı müxalifət koalisiyası və ölkənin daxilində üsyançılar arasında əlaqələrin gücləndirilməsi məqsədilə Suriyaya səfəri çərçivəsində bazar günü üsyançıların nəzarət etdiyi şimal bölgələrində olub. Keçən il Suriyanı tərk etmiş Əl-Xətib ölkəyə Türkiyə ilə sərhəddən keçib və Hələb vilayətində iki şəhərə baş çəkib.
XS
SM
MD
LG