Accessibility links

Suriyada üsyançılar tərəfindən 23 əsgər öldürülüb

  • Nərminə Cəlalqızı

Fəalların bildirdiyinə görə, Rastan şəhəri yaxınlığında üsyançılar tərəfindən 23 əsgər öldürülüb. Bu insident son 14 ayda hökumət qüvvələri ilə üsyançılar arasındakı qarşıdurmalar zamanı ən çox itkilər verildiyi günə təsadüf edir.

Bugünkü döyüşlər bazar ertəsi Suriya ordusunun Homs şəhərindən 25 kilometr məsafədən həyata keçirdikləri raket hücumlarından sonra vüsət alıb. Döyüşlər zamanı əlavə bir neçə nəfərin yaralandığı və bir neçə hərbi maşının sıradan çıxdığı bildirilir.

Hazırda Suriyada BMT-nin təqribən 200 monitoru atəşkəsə riayət olunmasına nəzarət edir.




XS
SM
MD
LG