Accessibility links

Suriyada vüsət alan qarşıdurmalar beynəlxalq diplomatiyanı çıxılmaz vəziyyətə salıb

  • Amerikanın səsi

Suriyada vüsət alan qarşıdurmalar beynəlxalq diplomatiyanı çıxılmaz vəziyyətə salıb. Müxalif İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, son bir neçə gün ərzində 75 hökumət əsgəri həlak olub. Suriya mətbuatı məlumatı təkzib edib. Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqini əldə etmək mümkün olmayıb.

Dünən İdlib vilayətində başlayan qarşıdurma bu gün də davam edib. Nəticədə iki rəqib döyüşçünün həlak olduğu bildirilir. İnsan Hüquqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, hökumət qüvvələri tanklar, raketlər və artilleriya silahlarının müşayiəti ilə üsyançılara hücum edib.

Bu arada, Rusiyada keçirilən Avropa İttifaqının sammitində Suriya münaqişəsinin həlli ilə bağlı razılıq əldə edilməyib. Avropa Şurasının prezidenti Hherman Van Rompuy Suriya ilə bağlı Rusiya ilə 27 üzvlü qurum arasında fərqli dəyərləndirmələr olduğunu deyib.

Rusiya prezidenti Vlaidimir Putinlə birgə mətbaut konfransında o, Suriyada atəşkəs əldə edilməsi üçün tərəflərin təcili iş birliyinə ehtiyacı olduğunu deyib.

XS
SM
MD
LG